“Mart-aprel ayında cəbhədə ağır döyüşlər gedəcək”backend

“Mart-aprel ayında cəbhədə ağır döyüşlər gedəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə AzNews.az-a açıqlamasında hərbi ekspert Azad İsayev fevralın 26-dan etibarən çəbhə bölgəsində vəziyyətin gərginləşməsi ilə bağlı məlumatları şərh edərkən deyib. Onun sözlərinə görə, cəbhədə vəziyyətin dəyişməsi Qondarma Dağlıq Qarabağ respublikasında konstitusiya dəyişikliyi üzrə referendumunun keçirilməsidir:

“Ümumiyyətlə, cəbhə bölgəsində vəziyyətin gərginləşməsini bir hadisə ilə bağlamaq düzgün deyil. Cəbhədə vəziyyət dəyişəndə bir necə amilin rolu olur. Amma səbəb bir olanda vəziyyət tez qaydasına düşür. Ermənistan cəmiyyətində indiki iqtidara qarşı böyük etirazlar çoxalır. Buna görə də bir müddət Qarabağda gərginliyi saxlamağa çalışacaqlar.”

Azad İsayev hesab edir ki, bir azdan hər iki tərəf öz mövqeyini bərkitmək üçün hansısa hərəkətlərə başlayacaq: “Sözsüz ki, bu zaman döyüşlər daha da gərginləşə bilər. Ona görə də periodik döyüşlər səngiyəcək, amma mart-aprel aylarında cəbhə bölgəsində vəziyyət qaynar olacaq.”

İnterpress.az