Mikayıl Müşfiqin abidəsi dağıdılmayıb – Açıqlamabackend

Mikayıl Müşfiqin abidəsi dağıdılmayıb – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sovetski” ərazisində aparılan yenidənqurma və abadlıq işləri çərçivəsində heykələ zərər dəyməsin deyə, ərazidən götürülüb və anbarda saxlanılır”.

İnterpress.az xəbər veirr ki, bunu AzVision.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. Qurum rəsmisi bildirib ki, yenidənqurma işləri yekunlaşdıqdan sonra abidə əvvəlki yerinə qoyulacaq:

“Abadlıq işlərindən sonra həmin ərazidə 5 dəfə böyük yaşıllıq zolağı salınacaq. Abidəyə ziyan dəyməməsi üçün işlər aparılan ərazidən götürülüb. Orada işlərin 1-2 aya yekunlaşması gözlənilir. İşlər yekunlaşdıqdan sonra abidə yerinə qoyulacaq. Abidənin fotolarını saxlandığı anbardan mətbuata təqdim edəcəyəm”.

Qeyd edək ki, sosial şəbəkələrdə Mikayıl Müşfiqin Bakıdakı abidəsinin dağıdılması haqda xəbərlər və fotolar yayılıb.

İnterpress.az