Kim Çen Namın qətlini təşkil edənlərin kimliyi məlum olubbackend

Kim Çen Namın qətlini təşkil edənlərin kimliyi məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, qətli KXDR-nın Xarici İşlər və Təhlükəsizlik nazirliklərinin əməkdaşları təşkil ediblər. Cənubi Koreya xüsusi xidmət orqanları məlumat yayıbki, Şimali Koreya vətəndaşı olan 8 nəfər Kim Çen Namın qətlinin təşkilində şübhəli bilinir. Onlardan dördü ölkənin Təhlükəsizlik Nazirliyi, digərləri Xarici İşlər Nazirliyində işləyir.

Qeyd edək ki, Kim Çen Nam fevralın 14-də Malayziyanın paytaxtı Kuala-Lumpurda hava limanında öldürülüb. İstintaqın məlumatına görə, üzərinə zəhərli dəsmal atılan Kim Çen Nam güclü iflic səbəbindən ölüb. Məsələ ilə bağlı dörd nəfər saxlanılıb, dördü isə axtarışa verilib.

İnterpress.az