Obama Fransaya prezident seçilərsəbackend

Obama Fransaya prezident seçilərsə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən bildiri ki, Təşəbbüs müəlliflərinin fikrinə görə Amerikanın keçmiş prezidentinin Fransa dövlət başçısı kimi seçilməsi demokratiyanın simvolu ola bilər.

Baxmayaraq ki, biznes mühitində şirkətlərin mütəxəssisləri başqa işə gedə bilər, amma siyasətdə bu prinsip nadir hallarda istifadə olunur.Ənənəyə görə bir şəxs hansısa ölkənin maraqlarını təmsil edirsə demək ki, həmişə ona sadiq və bağlı olacaq. Bu isə xüsusilə prezidentlərə aiddir.

Fransız aktivistləri isə vəziyyəti dəyişdirmək qərarına gəliblər. Belə ki, Parisdə Amerikanın 44-cü prezidenti Barak Obamanın portreti və plakatlar göstərildiyi eyni adda saytda yığcam yazı ilə Obamaya müraciət edilməsi təklifini ediblər. Keçmiş Amerika liderinin azarkeşləri onun siyasi istedadları barədə saytda daha ətraflı fikirlər yerləşdiriblər.

Bütün maraqlılar Fransada prezident seçkilərində iştirak etmək üçün Obamanı razı salmaq məqsədi ilə ərizə imzalayaraq səs toplamaq üçün dəvət olunur. Aktivistlər əmindir ki, bir milyon imza toplanlaya bilsələr keçmiş prezidentin diqqətini cəlb edəcəklər .
Fransız fəallarının prezidentliyə namizədi okeanın o biri tayında axtarmaq məcburiyyətində qalmaq səbəbləri isə çox sadədir. Prezidentliyə namizədlər arasında məşhurların çox olması fransız vətəndaşların əksəriyyətini qorxudub.
\”Fransa sağçıları namizəd üçün kütləvi şəkildə səs topladıqları zaman, biz Obamanı prezident seçməklə bütün planetə demokratiya dərsi vermiş olarıq\” deyə aktivistlər mesaj veriblər.

Diqqət çəkən məqamlardan biri də odur ki, çoxları düşünür ki, belə fikrin həyata keçirilməsi demokratiyanın təntənəsi üçün çox əhəmiyyətli ola bilər.
Mövcud qanunvericiliyə uyğun olaraq bildirilir ki, Fransa prezidenti yalnız fransız ola bilər. Bütün istedad və bacarıqları ilə seçilən Barak Obama isə heç vaxt fransız pasportu ilə öyünə bilməz. Lakin təşəbbüsün müəllifləri bildiriblər ki, Bu faktı yaxşı bilirik və bizi dayandırmaq olmaz. \”Bu mümkündür və ya mümkün deyil, o fransız olmasa belə biz yenə də öz fikrimizdə qalmağa davam edirik. Əslində biz bunu insanlara ümid vermək lazım olduğu üçün edirik\”deyə fəallardan bir izah edib.

İnterpress.az