Çilidə sel fəlakəti — 19 nəfər itkin düşdübackend

Çilidə sel fəlakəti — 19 nəfər itkin düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Paytaxt Santyaqoda evlərin 60 %-inə su verilmir. Dükanlarda qablaşdırılmış içməli su tükənmək üzrədir.

Fırtına paytaxt və ətrafında 4 milyondan çox insanın içməli suya möhtac buraxıb. Çili rəsmiləri şəhəri təmiz su ilə təmin edən Maypo çayında su durulana qədər vəziyyətin belə davam edəcəyini bildiriblər.

Çili prezidenti Mişel Baçelet bildirib ki, xilasedicilər çətin vəziyyətdə olan insanları xilas edirlər və bölgələrdə su paylamağa davam edirlər. Leysan yağışları şəhəri içməli su ilə təmin edən boruları zədələyib. Təmir işlərində çətinlik var. Bu səbəbdən şəhərə içməli suyun nə vaxt veriləcəyi dəqiq bilinmir.

İnterpress.az