Yanacaqdaşıyan maşın qəzaya uğradı: yaralılar varbackend

Yanacaqdaşıyan maşın qəzaya uğradı: yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bildirir ki, hadisə Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, Cəlilabad rayon Maşlıq kənd sakini Nazim Qasımov idarə etdiyi \”VAZ-2107\” markalı avtomobillə Astara istiqamətində hərəkət edərkən qarşı tərəfdən gələn yanacaqdaşıyan qoşqulu yük avtomobili ilə toqquşub.

Nəticədə sürücü də daxil olmaqla minik maşınında olan sərnişinlər – Ceyhun Nəsirov, Könül və İradə Nəsirovalar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Qəzanın hansı səbəbdən baş verməsi araşdırmalardan sonra məlum olacaq.

İnterpress.az