BMT Qarabağ danışıqlarını bərpa etməyə çağırdıbackend

BMT Qarabağ danışıqlarını bərpa etməyə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu jurnalistlərə açıqlmasında baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

\”Baş katib tərəfləri atəşkəs rejiminə əməl etməyə və tezliklə danışıqları bərpa etməyə çağırır”, – deyə S.Düjarrik qeyd edib.

BMT-nin baş katibi vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması və gərginliyin təhlükəli həddən aşağı salınmasına çalışan ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupu həmsədrlərinin (Rusiya, Fransa və ABŞ) səylərini tam olaraq dəstəkləyir.

Düjarrik qeyd edib ki, BMT rəhbəri tərəfləri atəşkəsə ziyan vura biləcək istənilən hərəkətdən çəkinməyə və dərhal Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına istiqamətlənən konkret danışıqları bərpa etməyə çağırıb.

İnterpress.az