Xocalı soyqırımının tanınması üçün petisiya açılıbbackend

Xocalı soyqırımının tanınması üçün petisiya açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, dünya azərbaycanlılarına ünvanlanan müraciətdə petisiyaya səsə verməyə çağırılıb.
Petisiyaya qoşulmaq istəyənlər aşağıdakı linkə daxil ola bilərlər:

PETITION POUR FAIRE RECONNAITRE LE MASSACRE DE KHOJALY

İki gün öncə – fevralın 26-da Xocalı soyqrımının 25-ci ildönümü oldu. O soyqırımı ki, 20-ci əsrin ən dəhşətli hadisəsi kimi yaddaşlara hopdu. O soyqırım ki, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi.
Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər girov götürüldü.
Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

İnterpress.az