“Ağ ev”in xəbərçisi Obamadırbackend

“Ağ ev”in xəbərçisi Obamadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tramp Ağ Evi gözdən salmaq üçün mediaya sızan məlumatların günahkarının Obama olduğunu bildirdi. İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Ağ ev başçısı Donald Tramp bazar günü \”Fox Nyus\” kanalına verdiyi müsahibədə Ağ evdən kənara çıxan xəbərlərin günahkarı keçmiş prezident Barak Obamanın olduğunu bildirərək məxfi xəbərlərin mediaya sızmasında onu ittiham edib.
\”Məxfi məlumatların kənara sızmasında mən Obama və onun komandasının olduğunu düşünürəm.Bu məlumatların arxasında həmin qrup tərəfindən ötürülmüş xəbərlər olduğunu təxmin edirəm\”-deyə Tramp söyləyib.

Prezident məlumatların sızmasının ciddi məsələ olduğunu və ABŞ Milli Təhlükəsizlik məsələsinə də mənfi təsir etdiyini bildirib. Eyni zamanda, o bu məlumatın nədən ibarət olduğunu söyləməyib, lakin belə xəbərlərin sızmasının davam etdiyini və bunun \”bir siyasət\” oyunu olduğunu etiraf edib.

Qeyd edək ki, fevralın 27-də CNN əmin olduğu mənbələrin məlumatına istinadən xəbər verərək bildirib ki, Tramp Ağ Ev əməkdaşlarının jurnalistlərlə ünsiyyət qurmadığlarına əmin olmaq üçün onların mobil telefonlarını yoxlatdırmaq qərarı verib. Lakin Ağ Evin mətbuat katibi Şon Spayser bu məlumatı təkzib edib.

Fevral 9-da Trampın xarici liderlər ilə telefon danışıqları haqqında məlumatların sızması barədə rəhbərliyin istintaq nəzarətinə başladığı məlum oldu. Şon Spayserin dediyinə görə prezidentin özü də bu vəziyyət barədə narahatçılıq keçirir.

Qeyd edək ki,Trampın digər ölkələrin liderləri ilə telefon danışıqları barədə dəfələrlə mediaya sızan detallar olub. Belə ki, fevralın 9-da \”Reuters\” agentliyi xəbər verib ki, Ağ Ev başçısı Rusiya prezidenti Vladimir Putinlə söhbət zamanı strateji hücum silahlarının (START-3) azaldılması üzrə müqaviləni Amerika Birləşmiş Ştatları üçün uğursuz qərar adlandırıb və sərt tənqid etdiyi bildirilib.

İnterpress.az