“Aprel döyüşlərinin təfərrüatları hələ də bilinmir”backend

“Aprel döyüşlərinin təfərrüatları hələ də bilinmir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu ABŞ-ın ATƏT-in Minsk qrupundakı sabiq həmsədri Ceyms Uorlik “Amerikanın Səsi”nə müsahibəsində bildirib.

“Atəşkəs rejiminə hörmət edilməlidir. İnsan həyatlarını qorumaq, hətta danışıqlar prosesində irəliləyişə nail olmaq üçün vəziyyəti normallaşdırmaq lazımdır. Nə qədər ki, münaqişə aktiv vəziyyətdədir, nə qədər ki, hərbi əməliyyatlar davam edir, onda nizamlanma prosesində irəliləyişə nail olmaq çətindir”, – deyə Uorlik bildirib.

ATƏT-in Minsk qrupunun son bəyanatını şərh edən Uorlik vurğulayıb ki, həmsədrlər tərəflərin atəşkəs rejiminə hörmət etməsi, həmçinin qurbanların olmaması üçün öz səylərini əsirgəmirlər: “Ümid edirəm ki, prezidentlər görüşə razılıq verəcək və danışıqlar prosesində irəliləyiş olacaq. Dekabr ayında, mən həmsədr postundan uzaqlaşdığım vaxtda danışıqlar masasında tərəflər arasında müzakirələr yarada biləcək olduqca maraqlı təkliflər var idi”.

Uorlik, həmçinin vurğulayıb ki, aprel müharibəsinin bütün təfərrüatları indiyə qədər açıqlanmayıb.

İnterpress.az