Azərbaycanda daha bir neçə bank bağlanacaq- Vahid Əhmədovbackend

Azərbaycanda daha bir neçə bank bağlanacaq- Vahid Əhmədov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə AzNews.az Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, deputat Vahid Əhmədov məlumat verib. Onun sözlərinə görə, bankların bağlanması gözlənilən idi:

“Maliiyyə bazarının nəzarət palatası bankların diaqnostikasını aparır və banklarda yaranmış vəziyyətlə bağlı müəyyən qərar qəbul edirlər. Bir vaxt Azərbaycanda 43 bank vardı. Hazırda isə bu rəqəm 33-ə enib. İndi bu rəqəmin daha da azalması, yəni bankların müəyyən hissəsinin bağlanması gözlənilir.”

Vahid Əhmədov qeyd edib ki, o, bankların bağlanmasının deyil, daha çox birləşməsinin tərəfdarıdır:

“Amma indki vəziyyətdə əlbəttə ki, banklar xaricdən maliyyə yardımı ala, daxildə öz proseslərini qura bilmirlər.”

Hansı bankların bağlanması ilə bağlı məsələyə gəlincə, deputat bu barədə danışmağın çətin olduğunu vurğulayıb.

İnterpress.az