Qurani-Kərimdə neft haqqnda danışılır? – VİDEObackend

Qurani-Kərimdə neft haqqnda danışılır? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, video-yazıda isə Qurani-Kərimin “Əla” surəsində neftin yaranma prosesindən danışıldığı iddia edilir. Videoda deyilənlər, çox güman ki, Türkiyədə İslama münasibətdə ziddiyyətli bir şəxs kimi tanınan Harun Yəhyanın(Adnan Oktar) “Quran möcüzələri” adlı kitabındakı “Neftin əmələ gəlməsi” bölməsinə əsaslanıb. Rus dilində verilmiş həmin video-yazının qısa məzmununu nəzərinizə çatdırırıq. Deyilənlərin nə dərəcədə həqiqət olduğunu ilahiyyatçı, islamşünas alimlər, Quran mütəxəssisləri söyləyə bilər.

““Ən uca Rəbbinin adına təriflər de! O Rəbbin ki, xəlq etdi və nizama saldı. O Rəbbin ki, əzəldən müəyyən etdi və yol göstərdi. O (Rəbbin) ki, otlağı cücərdib, sonra da onu qara çör-çöpə döndərdi (Əla surəsi, 1-5)”.
Məlum olduğu kimi, neft dənizlərdəki bitki və heyvanların çürümüş qalıqlarından əmələ gəlir. Bu qalıqlar dənizin dibində milyon illər ərzində çürüdükdən sonra yalnız yağlı maddələr qalır. Palçıq və böyük daş təbəqələri altında qalan yağlı maddələr neft və qaza çevrilir. Yer qabığındakı seysmik hərəkətlər bəzən dənizlərin quru hissəsinə çevrilməsinə və altında neft olan qayaların minlərlə metr dərinliyə batmasına səbəb olur. Əmələ gələn neft bəzən qaya təbəqələrindəki məsamələrdən sızaraq kilometrlərlə dərinlikdən səthə çıxır. Sonra qatı maye buxarlanır (qaz halına çevrilir ) və qatran yığıntısı əmələ gətirir. (moderator.az)

İnterpress.az