Koreya liderinin qardaşını öldürənlər Rusiyaya qaçıbbackend

Koreya liderinin qardaşını öldürənlər Rusiyaya qaçıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Koreya rəhbərliyi həmin şəxslərin saxlanılması üçün Moskvaya müraciət etsələr də, bu müraciət cavabsız qalıb.

Məlumata görə, Kim Namın qətlindən sonra 4 Şimali Koreya vətəndaşı Cakarta, Dubay, Moskva və Vladivostok aviareysləri ilə uçublar. Vladivostokdan isə onlar Şimali Koreya ərazisinə keçiblər.

İnterpress.az