“Hürriyət”in baş redaktoru işdən çıxarıldıbackend

“Hürriyət”in baş redaktoru işdən çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bir neçə gün əvvəl qəzetdə dərc edilən \”Qərargah narahatdır” (\”Karargah Rahatsız”) başlıqlı xəbərdən sonra böyük təzyiqlərlə üzləşən baş redaktor vəzifəsini itirməli olub.
Onun yerinə qəzetin hökümətə yaxın köşə yazarı Fikrət Bilanın təyin ediləcəyi bildirilir, lakin bu xəbər hələ ki, təsdiqini tapmayıb.

Qeyd edək ki, \”Hürriyət”dəki məlum məqalədən sonra Türkiyə hökumətinə yaxın olan \”A Haber” telekanalında hakimiyyətə yaxınlığı ilə tanınan jurnalist Cem Küçük çıxış edərək bu xəbərin yayımlanmasının \”cinayət” olduğunu deyib. \”Hürriyət”də belə xəbəri yazanları \”alçaq sürüsü” adlandıran Cem Küçük Sedat Erginin tezliklə işdən çıxarılacağını iddia etmişdi. (lent.az)

İnterpress.az