Müşviqdən bir sətir şeir bilməyənlər, abidə davası edirbackend

Müşviqdən bir sətir şeir bilməyənlər, abidə davası edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnterpress.az” saytı məsələyə aydınlıq gətirməsi üçün ilk olaraq millət vəkili Fazil Musatafa ilə əlaqə saxladı.

Zorgenin abidəsi olan yerdə Müşviqin heykəlini ucaltmaq lazımdır.

Mikayıl Müşviqin həyatını qısa xatırlayan millət vəkili, Mikayıl Müşviq Azərbayacan tarixində əsasən Stalinizm repressiyasın aci taleyini yaşayan bir şair kimi yaddaşlarda qalıdığını və repressiya qurbanlarının simvolik obrazı olduğunu ifadə etdi: “Azərbaycan cəmiyyətində və insanların qəlbində Müşviqin xatirəsinə həssas münasibət var. Onun büstü olan yerdə yol infrastruktunda dəyişirilik olduğu üçün abidənin götürülməsini məqsədə uyğun hesab edirəm. Çünki xalqın sevimlisi olan Müşviqin abidəsinə elə bir yerin seçilməsi və qəbirüstü abidəyə bənzəyən heykəlin özü Müşviqin adına və ruhuna edilmiş ən böyük hörmətsizlik idi. Sovet kəşfiyyatçısı Fridrix Zorgenin Azərbaycan üçün yeğanə dəyəri onun təsadüfən Bakıda doğulması olub və abidəsini gətirib belə bir yerdə qoyulması düzgün deyildi. Elə Zorgenin abidəsi olan yerdə Müşviqin heykəlini ucaltmaq daha düzgün olardı. Ümumiyyətlə Azərbaycan cəmiyyətində qəribə olan budur ki, Bakını erməni qırğınından xilas edən, işğaldan azad edən Nuru Paşaya heykəl qoyulmamasını bir vəfasızlıq kimi qiymətləndirmirik, amma müəyyən şəxslərin abidəsinin qoyulmamasına etiraz və narazıçılıq ifadə edirik. O abidə və yer Müşfiqin adına layiq deyildi. Onun yerinin dəyişdirilib mərkəzi parkların birində Müşviqin adına layiq görkəmli bir abidənin ucaldılması üçün bu yol infrastrukturunun dəyişdirilməsi yəqin ki, onun xatirəsini əziz tutmaq üçün yeni imkan yaradıb. Onun xatirəsinə hörmətsizlik edilməsi barədə olan söhbətlər özünü doğrultmur. Mən təklif edərdim ki, elə Zorgenin heykəli olan yerdə Müşviqin abidəsi uçaldılsın.”

Müşviqdən bir sətir şeir bilməyənlər, abidə davası edir

Ortada hələ heç bir şey yoxdu, kim nə gəldi danışır

Millət vəkili Fəzail İbrahimli də həmkarı kimi abidənin daha əzəmətli və daha gözəgəlimli şəkildə ucaldılması təklifini verdi: “Ümumiyyətlə ortada hələ heç bir şey yoxdu, kim nə gəldi danışır. Yalnız işin nəticəsindən sonra fikir bildirmək olar. Azərbaycanda geniş quruculuq işləri gedir. Şəhərin hər yerində quruculuq-abadlıq işləri aparılır. Müşviqin adına layiq olmayan yerdə o kiçik bağın bir küncünə sıxılımış heykəlinin ləğv edilməsində narahatçılığa qətiyyən heç bir əsas yoxdu. Dəqiq mənbələrdən aldığım məlumata əsasalanaraq əminliklə bildirirəm ki, şəhərin görkəmli yerində Müşviqin adına layiq olan əzəmətli abidə ucaldılacaq.\”

Müşviqdən bir sətir şeir bilməyənlər, abidə davası edir

İnsanlar yeyib-içdikdən sonra gecələr abidənin ətrafını murdarlayırdılar.

Keçmiş təhsil naziri Firudin Cəlilov isə son günlər böyük söz-söhbətə səbəb olmuş bu məsələdən narahatlıq keçirdiyini və insanları biraz səbirli olmağa çağırdı: “Müşviqin abidəsi ətrafında bilib-bilmədən söz-söhbət, hay-küy baş alıb gedir. Qətiyyən bu barədədə pis düşünüb kimləri isə günahlandırmaq olmaz. Məndə olan məlumata görə, Mikayıl Müşviqin abidəsinin olduğu yerə yaxın bir restoran var, insanlar yeyib-içdikdən sonra gecələr abidənin ətrafını murdarlayırdılar. Bu daha mı yaxşıdır? Yol infrakstrukturunun dəyişməsi və abadlıq işlərinin aparılması ilə bağlı bu heykəlin götürülməsi əslində alqışlanası haldır. Çünki xalqın sevimli oğlu Mikayıl Müşviqə Sovet dövründə seçilmiş olan o kiçik və diqqətdən kənar qalmış ərazidə abidə qoyulmasının özü, bu gənc yaşında dünyasını dəyişib repressiya qurbanı olmuş şairin ruhuna bir hörmətsizlik olub. Mən əminəm ki, yolun təmiri ilə əlaqədar bu heykəlin yeri dəyişdirilib daha gözəl bir yerdə Müşviqin adına layiq olan ərazidə abidə ucaldılacaq. Təmir-tikinti işlərini görən insanlar da bizim vətənin oğullarıdır. Onlar heç də sosial şəbəkələrdə hay-küy qoparanlardan az sevmir ölkəsini. Ona görə biraz səbirli olub gözləmək lazımdır. Abadlıq işi bitsin və deyilənlər olmasa o zaman irad və şikayətlərini etsinlər. İş yeni başlayıb, biz isə görülən işə balta vurmaqla məşğuluq.”

Müşviqdən bir sətir şeir bilməyənlər, abidə davası edir

Müşviqdən bir sətir şeir bilməyənlər, abidə davası edir. Uçuz şou düzəltməyi sevirik.

Şair-yazar İlqar Fəhmi büstün götürülməsi ilə bağlı məsələyə münasibət bildirərkən söylədi ki: Belə məsələlərin şişirdilməsində bəziləri sanki mövzu qıtlığından şou yaradarırlar. Əslində bu məsələ insanların həssas nöqtəsidir ona görə də belə mövzularda şou yaratmağa çalışanlar böyük səhvə yol verirlər. Mikayıl Müşviqin abidəsinin yerinin dəyişdirilməsi məsələsinə müsbət yanaşmaq lazımdır. Bu məsələyə şəhərin memarlıq strukturlarının və digər aidiyyəti olan orqanların işidir. Onlar seçib hansısa bir parka Müşviqin adını verib həmin yerdə onun abidəsini ucalda da bilərlər və ya öz yerində yenidən daha gözəl abidə də qoya bilərlər. Düzdür, Müviqin abidəsi olan yer park olmasa da yol kənarı bir yer olduğu üçün tanınırdı. Mənim günahlandırdığım KİN-lərdir, dəqiq məlumat əldə etmədən məsələni şişirdib nələrsə yazırlar. Bir zaman Vahidin heykəlini də Filarmoniya bağından götürəndə hay-küy qaldırmışdılar, sonradan İçəri şəhərə keçirdilər. Müşviqin heykəli ətrafında hay-küy salan adamlardan xəbər alsaz görərsiz ki, Müşfiqin bir sətir şerini də bilmirlər. Indi durub belə şou yaratmağın bir mənası varmı?

Müşviqdən bir sətir şeir bilməyənlər, abidə davası edir

İnterpress.az