“Azəravtoyol”dan Mədəniyyət Nazirliyinə ağır ittihambackend

“Azəravtoyol”dan Mədəniyyət Nazirliyinə ağır ittiham

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu AzNews.az-a açıqlamasında “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. Onun sözlərinə görə, Mikayıl Müşfiqin büstünün arxasında kafe, restoran və müxtəlif iaşə obyektləri fəaliyyət göstərirdi:

“Müşfiq sevərlər bunu görmürdülər?! İndi biz onun adına layiq olacaq park salacayıq. Yenidən Mikayıl Müşfiq parkı yaradılacaq. Büst isə həmin parkda daha görkəmli bir ərazidə qoyulacaq.”

Anar Nəcəfli Mikayıl Müşfiqin büstünün heykəllə əvəzlənməsi ilə bağlı məsələyə də aydınlıq gətirib: “Büstün heykəllə əvəzlənməsi bizim səlahiyyətimizdə deyil. Amma biz həmin büstü yenidən bərpa edəcəyik. Mikayıl Müşfiq adına layiq olan bir büst yaradılacaq. Onun arxasında və ətrafında kafe, restoranlar deyil, geniş infrastrukturlu yaşıllıq zolaqları və park salınacaq.”

İnterpress.az