“Yunan atalar sözünü də mənimsəmək istəyirlər”backend

“Yunan atalar sözünü də mənimsəmək istəyirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukraynanın xarici işlər naziri Pavel Klimkinin istifadə etdiyi \”Ölü barədə ya yaxşı, ya da heç bir şey\” ifadəsini xatırladaraq bildirib ki, bu məsəl Ukrayna atalar sözü deyil. İnterpress.az saytı xarici mətbuata istinadən bildirir ki, Zaxarova istehza ilə qeyd edib ki, \”Pavel Klimkinin istifadə etdiyi bu məsəl Ukrayna yox, Latın atalar sözüdür. Dünən Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Pavel Klimkin anti-Rusiya ekstaz vəziyyətində Ukrayna ifadəsi adı ilə \”Ölü barədə ya yaxşı, ya da heç bir şey\” məsəlini\” Ukrayna atalar sözü\” kimi qələmə verdi.Yəqin ki, Latın dilini də onlar icad ediblər\” deyə Zaxarova öz Facebook səhifəsində yazıb.
Pavel Klimkin keçmiş çıxışlarında Rusiya səfiri Vitaliy Çurkinin vəfatı ilə bağlı Ukraynanın mövqeyini izah edərkən belə bir Ukrayna atalar sözü var \”Ölü barədə ya yaxşı, ya da heç bir şey\” fikrini söyləməklə münasibət bildirmişdi.
Qeyd edək ki,Ukrayna XİN rəhbəri Pavel Klimkinin qədim yunan siyasətçisi Çiloya aid sözü istifadə etdiyi bildirilir. Latın dilindən tərcümədə «De mortuis ya bene, ya nihil» belə bir məna verir ki, \”Ölü barədə ya yaxşı, ya da heç bir şey\”
Vitaliy Çurkin 20 fevralda Nyu-Yorkda vəfat etmiş Rusiyalı diplomatdır.

İnterpress.az