İsrail Gürcü turistlərə qaçqın statusu verməyəcəkbackend

İsrail Gürcü turistlərə qaçqın statusu verməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni qaydaların son ərəfədə qüvvəyə mindiyi bildirilir. İnterpress.az saytı xarici mətbuata istinadən xəbər verir ki,İsrail radiostansiyasında verilən xəbərdə deyilib ki: \”Miqrasiya idarəsi işçiləri arasında qanuni narahatlığa səbəb olan Gürcüstan vətəndaşları tərəfindən alınan qaçqın statusu ilə bağlı çox sayda sorğular turistlərin öz vətənlərindəki çətin həyatla əlaqəli deyil, sadəcə onlar İsraildə işləmək arzusundadır\” deyə məsələyə münasibət bildiriblər.

Turist kimi ölkəyə gələn Gürcüstan vətəndaşları gəldikdən bir gün sonra İsrail orqanlarına sorğu verərək qaçqın statusu almaq barədə məsələ qaldırırlar.

Daxili İşlər Nazirliyi və İsrail Xarici İşlər Nazirliyinin apardığı araşdırmalar onu göstərdi ki: Gürcüstanda vəziyyətin təhlükəsizliyi vətəndaşların evlərinə qayıtması üçün imkan verir. Bu baxımdan İsrail Miqrasiya idarəsi turist vizası ilə gəlmiş Gürcüstan vətəndaşları tərəfindən sığınacaq üçün əhalinin qeydiyyatı barədə sorğu qəbul etməyəcəyini bildirib.

İnterpress.az