Danimarkada müsəlman qəbirləri təhqir edildibackend

Danimarkada müsəlman qəbirləri təhqir edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Kopenhagenin Vestre qəbirsanlığında müsəlmanlara aid qəbirlərə hücum edilib. Hücumçular bir çox qəbir daşını sındırıb.

Radioda işləyən Ruşi Raşid anasının məzarını ziyarət etmək üçün qəbirsanlığa gedib və dəhşətli mənzərə ilə qarşılaşıb. Ruşi sonradan sosial şəbəkədə bu barədə məlumat verib. Şikayət etmək üçün polisə müraciət etsə də, anasının məzarına heç nə olmadığı üçün şikayəti qəbul edilməyib. Ruşi isə sosial şəbəkədə məzarlıqda dağıdılmış müsəlman qəbirlərinin fotolarını paylaşıb.

Kopenhagen polis mərkəzi məlumatı təsdiqləyib və dağıdılmış qəbir sahiblərindən bu barədə məlumat vermələrini xahiş edib.

Danimarkada müsəlman qəbirləri təhqir edildi

İnterpress.az