“Köhnə vərdişlər artıq geridə qaldı”backend

“Köhnə vərdişlər artıq geridə qaldı”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Türkiyə Ordusunun Baş Qərərgah rəisi Hulusi Akarla birgə keçirdiyi mətbuat konfransında Ərdoğan “Hürriyət” qəzetinin orduda hicab qadağasının götrülməsi əleyhinə yazdığı “Qərərgah narahatdır” yazısına sərt münasibət bildirib.

“Baş qərargah başçımızla dünən keçirdiyimiz görüş Əl Bab əməliyyatının başa çatdırması ilə bağlıydı. Türkiyə-ABŞ-Rusiya arasındakı danışıqları müzakirə etdik. Əl Bab əməliyyatı tamamlanıb, amma bu prosesin bitməsi anlamında deyil. Bizim hədəfimiz Cerablus, Dabık, Əl Bab və sonra da k Mənbiç, Rakkadır. Artıq həm masada olacağıq, həm də ərazidə.

Digər bir məsələ də qəzetdə ön səhifədə yazılmış bir yazıdır. Bunlar bizləri narahat etdiyi kimi, TSK-nı da narahat edir. Bizim narahat olduğumuz məsələdən TSK -nin da narahat olmaması olmazdı. Biz bir bədənin üzvü kimiyik. Burada edilən tərbiyəsizlik, səviyyəsizlikdir. Dövləti, hökuməti bir-birinə düşmən kimi təqdim etməyə heç kəsin haqqı və səlahiyyəti yoxdur. Bunlar köhnə vərdişlərdir. Artıq geridə qaldı. Hər kəs yerini və mövqeyini biləcək” deyə Ərdoğan bildirib.

İnterpress.az