“Ərəb ölkələrinin əsas düşməni İsrail yox, İrandır”backend

“Ərəb ölkələrinin əsas düşməni İsrail yox, İrandır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail hökuməti Səudiyyə Ərəbistanını şiə İrana qarşı alyans qurmağa çağırır

İnterpress.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Aviqdor Liberman bəyanat verib. O, qeyd edib ki, ərəb ölkələrinin əsas düşməni İsrail yox, İrandır.

Liberman Səudiyyə krallığına və digər sünni ərəb dövlətlərinə NATO prinsipləri əsasında alyans qurmağı təklif edib: \”Artıq Yaxın Şərqdə terrora qarşı formal ittifaq, koalisiya qurmağın vaxtı çatıb. Həqiqi koalisiyanın həqiqi öhdəlikləri də olur. NATO-ya baxın. Alyansın əsas prinsipi hər bir dövlətin müdafiəyə hazır olması və digər dövlətlərdən müdafiəni qəbul etməkdir\”.

Yəhudi dövləti isə ərəb ölkələrinə hərbi nou-hau və ordunun modernləşdirilməsində kömək edə bilər. Ərəb ölkələrinin İsrailə ehtiyacı var.

Dünən İran yeni raket sınaqdan keçirib. İsrail isə İranın müttəfiqi, Livan \”Hizbullah\”ı ilə irimiqyaslı müharibəyə hazırlaşır.

İnterpress.az