AXCP üzvünün cəzası ikinci dəfə azaldılıbbackend

AXCP üzvünün cəzası ikinci dəfə azaldılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Report-a istinadən xəbər verir ki, kassasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilib.

Belə ki, onun 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası 5 ilə endirilib.
Qeyd edək ki, A.Yusifli 2014-cü ilin noyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Yusifli 6 il müddətinə azadlıqdan məhrum edilib.

A.Yusiflinin barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 06 may 2016-cı il tarixli Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsi Nizami Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə təqdimatı təmin etməyib. Həmin qərardan narazı qalan A.Yusifli apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsində, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar açıqlanıb.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İnterpress.az