Azərbaycanda 2 nəfər zəhərlənib öldübackend

Azərbaycanda 2 nəfər zəhərlənib öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 1-də Cəlilabad rayonunun Qarazəncir kəndində yaşayan Yusif Zeynalov kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.

Bundan başqa martın 1-də Goranboy rayonunun Nadirkənd kəndində yaşayan Rəmziyyə Ələsgərova dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

İnterpress.az