Qonşusunu baltalayana ağır cəzabackend

Qonşusunu baltalayana ağır cəza

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hakimlər kollegiyasının hökmü ilə P.Əliyev 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Pənah Əliyevin qonşusu Xalid Lətifzadə ilə mübahisəsi düşüb. Xalid Lətifzadə ona söyüş söyüb. Pənah Əliyev əvvəlcə onun başına daşla vurub, lakin hirsi soyumadığından daha sonra balta ilə vurub.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

İnterpress.az