Tovuz sakinin boğazı kəsilibbackend

Tovuz sakinin boğazı kəsilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə axşam saatlarında mərkəzi bazarın yaxınlığında baş verib.

Rayon sakini, 1978-ci il təvəllüdlü Məmmədov Samir Məmməd oğlu boğazı bıçaqla kəsilmiş halda Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Yaralı dərhal həkimlər tərəfindən əməliyyat olunub. Hazırda xəstənin vəziyyəti ağırdır. Yaralını gətirənlərin sözlərinə görə o, özü-özünə xəsarət yetirib.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır. ( report.az )

İnterpress.az