Tatyana Moskalkova Lapşinə görə müraciət etdibackend

Tatyana Moskalkova Lapşinə görə müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Rusiya KİV-nə istinadən xəbər verir ki, müraciət israilli bloqqer Aleksandr Lapşinin saxlanma şəraitinin yoxlanılması ilə bağlıdır.

Bundan öncə, Ankarada beynəlxalq simpozimuda iştirak edən Moskalkova Elmira Süleymanovaya müraciət edəcəyini demişdi.

“Mən azərbaycanlı həmkarıma müraciət edərək, Lapşinin sağlamlıq vəziyyəti və saxlanma şəraiti ilə maraqlanmasını xahiş edəcəm”.

Aleksandr Lapşin hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. Onun hüquqlarını ailəsi tərəfindən tutulmuş vəkil Eduard Çernin müdafiə edir.
Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, \”Azərbaycan Respublikasının dövlət sərhədi haqqında\”, \”Pasportlar haqqında\” qanunların tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus \”http//puerrtto.livejournal.com\” səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin \”müstəqilliyini\” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar A.Lapşinin adını \”arzuolunmaz şəxslər\” siyahısına daxil edib.

A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Azərbaycan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə, Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb.

İnterpress.az