Metro kartı olmadığı üçün bıçaqlandıbackend

Metro kartı olmadığı üçün bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ARB TV xəbər verir ki, 26 yaşlı Ramin Yusifov İnşaatçılar metrosunun qarşısında bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb və dərhal əməliyyat olunub. Xəstəxanadan gəncin həyatı üçün təhlükə olmadığını bildiriblər.

Hadisə barədə 29-cu polis bölməsinə məlumat verilib. Polis əməkdaşları Ramin Yusifovun izahatını alıblar. O, bildirib ki, İnşaatçılar metrosundan çıxan zaman tanımadığı bir şəxs ona yaxınlaşaraq, metro kartının olub-olmamasını soruşub. Yox cavabı aldıqda isə onu bıçaqla vuraraq ərazidən uzaqlaşıb.

Hadisəni törədən şəxsin axtarışları davam edir.

İnterpress.az