“Hər dövlət Azərbaycana öz maraqları çərçivəsindən baxır”backend

“Hər dövlət Azərbaycana öz maraqları çərçivəsindən baxır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər zaman iki tərəfi atəşkəsə əməl etməyə səsləyən ATƏT-in Minsk qrupu hələ də susur. Ümumiyyətlə, Minsk qrupu üzvü olan dövlətlər cəbhədə hərbi əməliyyatların başlamasının əleyhinədirlər.

Cəbhədə hərbi əməliyyatlar başlayarsa, Minsk qrupunun üzvləri və digər dövlətlərin hansı mövqedən çıxış edəcəkləri maraqla gözlənilir.

İnterpress.az xəbər verir ki, cəbhədə baş verən döyüşlər və aktiv əməliyyatlara start verilsə, nələrin baş verəcəyi barədə politoloq Adıgözəl Məmmədov Ölkə.Az-a danışıb:

\”Haqlı olaraq erməni ordusu tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunmasını tələb edirik. Prezident İlham Əliyev açıq şəkildə deyir ki, erməni əsgərinin Ağdamda, Füzulidə, Cəbrayılda, ümumiyyətlə Qarabağda nə işi var ki, orada öldürülür? Erməni əsgəri ölmək istəmirsə, torpaqlarımızdan çıxmalıdır.

"Hər dövlət Azərbaycana öz maraqları çərçivəsindən baxır"

Bu gün Azərbaycan məhz haqlı olaraq təmizləmə əməliyyatına başlasa, buna reaksiyaların necə olacağı bir çox dairələri düşündürür. İndiki status-kvo regiondakı bir çox dövlətin maraqlarına xidmət edir. Status-kvonun qorunmasında ATƏT-in Minsk qrupunun bütün üzvləri maraqlıdır. Mİnsk qrupunun faktiki fəaliyyəti o deməkdir ki, status-kvo nəyin bahasına olursa olsun qorunsun. Böyük dövlətlərin Azərbaycanda, bölgədə maraqları var. Hər dövlət də Azərbaycana öz maraqları çərçivəsindən baxır.

Faciə burasındadır, Azərbaycanda 5-ci kalonun üzvləri məqam gözləyirlər ki, ölkədə dağıdıcı, pozucu fəaliyyətə başlasınlar. Biz milli mənliyimizi, milli şüurumuzu, milli bütövlüyümüzü, milli dərdimizi bir-birimizlə bölüşməsək, problemlərimiz aradan qalxmayacaq. Deputat Arif Rəhimzadə Rusiya mediasına deyib ki, bizi niyə türk kimi tanıyırsınız? Biz türk deyilik. Bunlara baxanda görürük ki, kimsə kiməsə məlumat ötürür. Bu o deməkdir ki, bu məsələdə də Azərbaycanın milli maraqlarının üstündən xətt çəkilə bilər\”.

Cəbhədə aktiv əməliyyatlar başlasa, bölgədə maraqları olan dövlətlərin mövqeyi barədə politoloq bildirdi ki, konkret dövlət adları saymaq düz çıxmır:

\”Azərbaycanın haqq davasına dəstək verənlər həqiqətin tərəfdarlarıdır. Konkret demək olmur ki, bizə kim dəstək verəcək. Çünki hər dövlətin maraqları var və hər kəs öz maraqlarından çıxış edir. Bəzən bu maraqlar maraqlarımızla uzlaşır, bəzən isə əks istiqamət alır\”.

İnterpress.az