Ermənilərin hədələdiyi özbək alim Bakıya gəlibbackend

Ermənilərin hədələdiyi özbək alim Bakıya gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, görüşdə Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov bildirib ki, Şuxrat Salamovun imzası Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır: O, “Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağadək” (2015) və “Qarabağ: ideyalar müharibəsi” (2016) kitablarının müəllifidir.
“Təkzibolunmaz və çoxsaylı arxiv sənədləri əsasında yazılmış bu əsərlər sübut edir ki, XX əsrin əvvəllərində böyük dövlətlərin köməyi ilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycan, Şərqi Anadolu və Mərkəzi Asiyanın türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımları dünya tarixinin ən dəhşətli faciələrindəndir”, – deyə Y.Mahmudov qeyd edib.

Özbək tədqiqatçı bildirib ki, azərbaycanlılar tarixən Özbəkistanın ictimai, mədəni həyatında mühüm rol oynayıblar.
Özbək qonaq Tarix İnstitutuna Özbəkistanın paytaxtı Daşkənddə özbək dilində çap olunmuş kitabları – Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovun “Geosiyasət” kitabını, Məhəmməd Füzulinin əsərlərini, “Müasir Azərbaycan poeziyası antologiyası” və Nizami Gəncəvinin “Sirlər xəzinəsi” kitablarını təqdim edib.
Xatırladaq ki, Ş.Salamov Tarix İnstitutunun fəxri doktoru və dissertantıdır. O, hazırda “Azərbaycan və Türküstan tarixində daşnak terroru” mövzusu üzərində tədqiqat aparır. Dissertantın elmi rəhbəri Yaqub Mahmudovdur.

İnterpress.az