“O nə deməkdir ki, əsgər getməyənlərə qız verməyin?”backend

“O nə deməkdir ki, əsgər getməyənlərə qız verməyin?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Moderator.az-a sabiq daxili işlər naziri İsgəndər Həmidov baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun həqiqi hərbi xidmət keçməyən oğlanlara qız verməməklə bağlı çağırışına münasibət bildirərkən deyib.

İsgəndər Həmidov baş nazirin müavininin belə bir çağırış etməsini doğru hesab etmədiyini bildirib:

“Mənim Əli Həsənova böyük hörmətim var, ancaq məncə, bu çağırış doğru deyil. O nə deməkdir ki, əsgər getməyənlərə qız verməyin? Bəyəm məmurlarımızın hamısının övladları əsgərliyə gedib? Hansı döyüş bölgəsində, hansı təmas xəttində olublar? Ola bilsin ki, adları yazılıb hansısa hərbi hissələrə, amma evlərində xidmət ediblər.
Həm də xalqın qızını kimə verəcəyinə, oğluna kimi alacağına nəinki heç bir dövlət qurumu, heç bir kənar şəxs belə qarışa bilməz. Qarışanlar VVAQ-ın sədridirmi bəyəm?”

İnterpress.az