Aprel şəhidimizin anası acınacaqlı durumda – İcra başçısı niyə laqeydlik edir?backend

Aprel şəhidimizin anası acınacaqlı durumda – İcra başçısı niyə laqeydlik edir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, jurnalist Aida Eyvazlı H.Kərimovanın fəryadını əks etdirən yazı hazırlayıb. O, Sabunçu rayon İcra Hakimiyyətinin başda icra başçısı olmaqla, bütün səlahiyyətlilərini məsuliyyətsizlikdə ittiham edib. Həmin yazını təqdim edirik:

Hələ oğu Əlzamin İslamov əsgərlikdə olanda Hürnisə Kərimova Müdafiə Nazirliyinə məktub yazaraq bildirir ki, onun yeganə oğlundan başqa övladı yoxdur, və tək oğlunu ön cəbhəyə göndərməsinlər… Tanışı, imkanı olmadığından başqa yola əl ata bilmir. Müdafiə Nazirliyinin müvafiq komissarlığından da anaya cavab gəlir ki, arxayın olun, məktubunuz nəzərə alınacaq. Aprel döyüşləri başlayanda , tənha qadın şəhid olanlar və yaralananlar üçün göz yaşı töksə də, oğlu üçün narahat olmur. Çünki inanır ki, ona nazirlikdən söz veriblər, deyiblər ki, ön cəbhəyə göndərilməyəcək oğlu.

Aprelin 6-da isə yeganə oğlu Əlizamin İslamov şəhid olur.

O ananın indi hansı gündə olmasını onun halını görənlər bilər. Dörd divar arasında tənha qalıb. İşləmir. Oğlu ilə birlikdə tikməyə başladığı evinin tikintisi yarımçıq qalıb. 8 aydır ki, Sabunçu Rayon İcra hakimiyyətinin qapılarını döyməkdən, barmaqları qabar olub. Qeydiyyatda olduğu, sakini olduğu Zabrat kənd bələdiyyəsi də, gəlib evinin divarlarını qara sementlə malalayıb gediblər… Sonra səs-soraq olmayıb.

Vaxtı ilə bu evi tikəndə bir dəfə həyətinə buldozer salıb, tənha və kimsəsiz qadının evini başına uçurublar, sonra yenə də öz haqqını tələb edib, həmin Tramvay küçəsindəki torpağına sahib çııxıb. Hürnisə Kərimovanın evinin hasarı, qapı pəncərəsi də yoxdur.

Lakin bu rayonun səlahiyyətliləri niyə bu qadına belə laqeyddirlər? Bu Allahın da yadından çıxmış Zabratın Tramvay küçəsindəki bərbad yolları yəqin ki, ərazinin deputatı Dilarə Cəbrayılova özünə səs toplayanda bahalı maşınla bir dəfə də olsa gəlib gedib. O da öz deputat səlahiyyətləri çərçivəsində bir şəhid anası ilə maraqlanmağa vaxt tapmır. Çünki ana deyir ki, deputata da öz dərdini bildirib.

Sabunçu rayonunun özünə xaniman quran, bir neçə yerdə obyektləri olan rayon icra başçısı və digər büdcə təşkilatından faydalananları … 1 həftədə özünüzə xərclədiyinizin yarısına bu qadına yardım etsəydiniz, yarımçıq qalan evinin tikintisini başa çıxarsaydınız, yəqin ki, onun bacısının oğlu Şahrux Mirzəyev sosial şəbəkədən insanlara müraciət etməzdi…Xalası Hürnisənin ah-naləsini evdən çölə çıxarmazdı.

Bəlkə də içərinizdə fikirləşəni olacaq ki, oğlu ölüb, qan pulu davası edir… Bəli elə adamlar var ki, onlar övladları şəhid olandan sonra dünya malından əl çəkirlər. Heç şəhidlərə verilən imtiyazlardan istifadə etmirlər. Ancaq əli hər yerdən üzülən, yeganə oğlunu Vətənin azadlıq savaşında itirən ana Konstitusiya və şəhid anası, dövlətimizin ona verdiyi haqqdan və hüquqdan yararlanmaq istəyir. Bu dövlətə güvənmək , arxalanmaq istəyir.

Niyə unudursunuz? Nəyi unudursunuz? Unutumusunzsa bir daha Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin \”Aprel döyüşləri bizim şanlı qələbəmizdir”-deyə ifadə etdiyi fikri xatırladıram:\”Azərbaycan övladları öz doğma torpağını müdafiə edirlər, Vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaq”.

Bu fikirləri isə Azərbaycan Respublikasının birinci vitse prezidenti Mehriban xanım Əliyeva şəhid və aprel döyüşçülərinin anaları və doğmaları ilə olan görüşündə söyləmişdi:

\”Biz bütün qəhrəman şəhid və yaralılarımızla fəxr edirik. Sizə də təşəkkür edirik ki, belə vətənpərvər və qəhrəman övladlar yetişdirmisiniz.

Əziz analar, mən bir ana kimi sizin qarşınızda baş əyirəm. Siz elə övladlar böyütmüsünüz ki, bu gün bütün xalq onlarla fəxr edir. Əlbəttə, heç bir ana istəməz ki, müharibə olsun, övladlarımız gənc yaşında dünyalarını dəyişsin.

Azərbaycan xalqı üçün hər bir əsgərimiz dəyərlidir və əzizdir. Dünyanın ən böyük sərvəti olan ömrünü Vətən naminə qurban verən hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacaq. Bu günlər bütün xalqımız ordumuza dəstək verir”.

Ölkəmizin prezidenti, vitse prezidentinin şəhid ailələrinə, Azərbaycan vətəndaşına qayğısı göz önündədir. Bəs siz məmurlar, kreslo güdənlər, mandat sevənlər, nədən dövlətin qarşınıza qoyduğu tələbləri yerinə yetirmək istəmirsiniz? Aprel döyüşlərində şəhid tabutları başında Müdafiə Nazirliyininpolkovniki Abdulla Qurbaninin odlu şerlərini və digər dövlət nümayəndəələrinin \”Şəhidlər ölməz, onların xatirəsi bizim üçün əzizdir. Onlar şəhid oldular ki, Vətən yaşasın” kimi şüarlarınizı və odlu çııxışlarınızı nə tez unutdunuz? Sizin üçün torpağın üzü soyuq ola bilər, ancaq o şəhid ailələri və anaları hər birinizin unutmadığı ünvanlar və aulələr olmalıdır. O anaların əlini öpməlisiniz. Çünki şəhid olan sizin deyil, onlraın övladı oldu. Daha çox onlar itirdilər. Biz hamımız o ailələrə borcluyuq!!!\”

İnterpress.az