Azərbaycanın Türkiyədəki səsi: İHH Xocalını unutmurbackend

Azərbaycanın Türkiyədəki səsi: İHH Xocalını unutmur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İHH-nın Xocalı soyqırımının 25-ci ildönümü çərçivəsində təşkil etdiyi erməni əsirliyində olmuş Xocalı sakini Dürdanə Ağayevanın yaşadığı dəhşətlərin qələmə alındığı “Erməni zindanında səkkiz gün” kitabının təqdimat mərasiminin təşkili və “Akit TV”-də Xocalı soyqırımına dair 1 saatlıq veriliş yayımlanmasını xüsusi qeyd etmək olar. Yeniçağ.Az-ın baş redaktoru Aqil Ələsgər, Dürdanə Ağayeva və Türkiyənin tanınmış teleaparıcısı Murad Çelikin qatıldığı həmin verilişdə Xocalı soyqırımı və Qarabağ münaqişəsi ətrafında geniş müzakirələr aparılıb.

Bundan başqa, İHH artıq dördüncü ildir ki, ardıcıl olaraq, soyqırımının ildönümü ərəfəsində faciə ilə bağlı detallı məlumatların yer aldığı xüsusi “Xocalı hesabatı” hazırlayır. Təşkilat öz ənənəsinə bu il də sadiq qalaraq, Xocalı soyqırımının 25-ci ildönümündə tərtib etdiyi xüsusi hesabat quruma bağlı olan “İnsamer” vəqfi tərəfindən yayımlanıb.

Xüsusi vurğulamaq lazımdır ki, İHH Birinci Qarabağ müharibəsinin gedişində və ondan sonrakı dönəmdə Azərbaycanın işğal edilən bölgələrindən didərgin salınan məcburi köçkünlərimizə humanitar yardım göstərən təşkilatlardan biri və birincisi olub. Eyni zamanda, İHH bu müddət ərzində hər il Ramazan və Qurban bayramlarında Azərbaycanda məcburi köçkünləri və aztəminatlı ailələri öz yardımları ilə sevindirib.

İHH başqanı Bülent Yıldırım özü də dəfələrlə Azərbaycana gələrək, müxtəlif xeyriyyə tədbirlərinin təşkilinə birbaşa rəhbərlik edib. İHH-nin ilk Azərbaycan təmsilçisi, Türkiyənin tanınmış iş adamı Hüseyin Büyükfırat da ölkəmizə ilk dəfə o dönəmdə, məhz bu qurumun xətti ilə gəlib. Əlamətdar haldır ki, Bülent Yıldırım ilə Hüseyin Büyükfırat Xocalı soyqırımı və Qarabağ münaqişəsinin, ümumiyyətlə, Azərbaycanla bağlı məsələlərinTürkiyədə daim diqqət mərkəzində olması üçün əlaqəli şəkildə çalışırlar. O baxımdan, Azərbaycan həqiqətlərinin, xüsusuilə Xocalı soyqırımı və Qarabağ münaqişəsinin qardaş Türkiyə ictimaiyyətinə çatdırılmasında İHH-nin, onun rəhbəri Bülent Yıldırım ilə ilk Azərbaycan üzrə təmsilçisi Hüseyin Büyükfıratın bu fəaliyyəti ölkəmizdə geniş rəğbət qazanıb.

Azərbaycanın Türkiyədəki səsi: İHH Xocalını unutmur

Azərbaycanın Türkiyədəki səsi: İHH Xocalını unutmur

Azərbaycanın Türkiyədəki səsi: İHH Xocalını unutmur

Azərbaycanın Türkiyədəki səsi: İHH Xocalını unutmur

İnterpress.az