Prezidentdən sərəncambackend

Prezidentdən sərəncam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərəncamda deyilir:

1. Aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvləri təyin edilsinlər:

dövlət orqanlarından

Süleymanov Tahir Veys oğlu – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini
Babayev İntiqam Vaqif oğlu – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Bayramov Ceyhun Əziz oğlu – Azərbaycan Respublikası təhsil nazirinin müavini

Bayramov Rafiq Yasin oğlu – Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri

Məmmədov Cavid Nəriman oğlu- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial sahələrin maliyyəsi şöbəsi müdirinin müavini

gənclər təşkilatlarından

Mehdiyev Nurəddin Səftər oğlu – “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri

Seyidov Mirhəsən Mirheydər oğlu – “İrəli” İctimai Birliyinin sədri

Hüseynov Seymur Elşad oğlu – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

Orucov Seymur Vaqif oğlu – “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri

2. “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 4 mart tarixli 2757 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 263) ləğv edilsin.

İnterpress.az