Qırğızıstan Azərbaycanın ərazi bütövlüyününü dəstəkləyirbackend

Qırğızıstan Azərbaycanın ərazi bütövlüyününü dəstəkləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu fikirlər Qırğızıstanın Xarici İşlər Nazirliyinin yaydığı rəsmi bəyanatda bildirilir.

Bəyanatda daha sonra vurğulanır ki, Qırğızıstan Respublikası Azərbaycan Respublikası ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda daim ərazi münaqişələrinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında tənzimlənməsinə tərəfdardır: \”O cümlədən Qırğızıstan diplomatik münasibət qurduğu hər bir ölkənin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü tanıyıb. Qırğızıstan Azərbaycanla və digər İƏT ölkələri ilə əlaqələrinin möhkəmləndirilməsində və genişləndirilməsində maraqlıdır”.

Xatırladaq ki, Qırğızıstan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İslamabad sammitinin yekun bəyanatının siyasi bəndlərinə qoşulmayıb. Həmin bəndlərdə İƏT ölkələri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini biliriblər. Azərbaycan XİN və Azərbaycan Prezidentinin Administrasiyası Qırğızıstan rəhbərliyinin bu hərəkətini pisləyən bəyanatlar veriblər.

İnterpress.az