Moskvada kritik Qarabağ danışıqları başlayırbackend

Moskvada kritik Qarabağ danışıqları başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az TASS-a istinadən xəbər verir ki, Elmar Məmmədyarov rusiyalı həmkarının dəvəti ilə Moskvada rəsmi səfərdədir.

Məlumata əsasən, Rusiya və Azərbaycan XİN rəhbərləri arasında martın 6-da danışıqlar aparılacaq.

“XİN rəhbərləri ikitərəfli əməkdaşlığın vəziyyətini və perspektivlərini, regional və beynəlxalq gündəmin əsas aspektlərini, həmçinin Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə edəcəklər”, – deyə məlumatda bildirilib.

Xəbərdə, həmçinin 2016-cı ildə Rusiya-Azərbaycan arasında ticarət dövriyyəsinin 1954,3 milyon dollar olduğu bildirilir.

İnterpress.az