Britaniya XİN rəhbərinin müavini Bakıdabackend

Britaniya XİN rəhbərinin müavini Bakıda

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən İnterpress.az-a verilən məlumata görə, S.Makdonaldın səfəri Azərbaycan və Böyük Britaniya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunub.

Səfər zamanı nazir müavini bir sıra rəsmi şəxslərlə, o cümlədən Azərbaycan XİN-də görüşlər keçirəcək.

Bundan əlavə, S.Makdonald Heydər Əliyev Mərkəzini ziyarət edəcək və \”ADA\” Universitetində tələbələr üçün mühazirə oxuyacaq. Mühazirə zamanı o, \”Brexit\” və Böyük Britaniya üçün bu addımın nəticələri barədə məlumat verəcək.

İnterpress.az