Məzahir Pənahovdan partiyalara XƏBƏRDARLIQbackend

Məzahir Pənahovdan partiyalara XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, M.Pənahov deyib ki, partiyalar 2016-cı il üzrə maliyyə hesabatlarını MSK-ya təqdim etməlidir:

“Mərkəzi Seçki Komissiyasına hesabatlar daxil olur. Son müddət aprelin 1-də başa çatır. Digər partiyalar da maliyyə hesabatlarını təqdim etməlidirlər”.

Qeyd edək ki, qanunvericiliyə əsasən, siyasi partiyalar illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq MSK-ya təqdim etməlidirlər.

Mərkəzi Seçki Komissiyası bu müddətdə illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

İnterpress.az