Türkiyədə azərbaycanlı iş adamına hücum edilibbackend

Türkiyədə azərbaycanlı iş adamına hücum edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Haberturk.com”-a istinadən xəbər verir ki, 37 yaşlı iş adamı Zaur Həsənov iş görüşməsindən qayıdarkən yolda başqa bir maşın onun bahalı cipini əzərək hadisə yerindən qaçıb.

Bundan qəzəblənən Z.Həsənov həmin maşını təqib etməyə başlayıb.

O, Yaşıldərə adlanan məhəllədə təqib etdiyi avtomobilin sürücüsü və yaxınları tərəfindən hücuma məruz qalıb. Onlar azərbaycanlı iş adamını daşa basıblar.

Çıxılmaz vəziyyətdə qalan Z.Həsənov hadisə yerindən qaçaraq dərhal polisə məlumat verib.

O, polis əməkdaşlarının köməy ilə içərisində mobil telefonu, pul qabı, kredit kartları olan maşınını götürə bilib. Z.Həsənov ona hücum edən şəxslərdən şikayətçi olmadığını deyib.

İnterpress.az