Rüfət Səfərov cərimə kamerasına salınıbbackend

Rüfət Səfərov cərimə kamerasına salınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Rüfət Səfərovun atası Eldar Sabiroğlu həbsxana növbətçisi Babayevə istinadən bildirib.
“Kapitan Babayevin nəzərinə çatdırdım ki, mübahisənin nədən ibarət olduğunu söyləsin, ancaq o bundan imtina etdi. Təxminən 15-20 gün bundan əvvəl də qəsdən təxribat yaradaraq onu 7 günlüyə karsa göndərmişdilər”, ata qeyd edir.

Sabiroğlu bildirir ki, qısa müddətdə bu ikinci dəfədir ki, keçmiş müstəntiq Rüfət Səfərovun ətrafında təxribat hazırlayaraq onu cəzalandırırlar.

“Yəqin hansısa yeni bir işlər görmək istəyirlər. Bu dərəcədə qanunsuzluğu və insan taleyi ilə oynamağı təsəvvür edə bilmirəm. Bunlar nə etmək istəyirlər?!

Əgər belə davam edərsə günlərin birində Rüfətin vəziyyəti ilə bağlı daha ağır xəbərləri eşitmək mümkündür. Rüfət öz davranışına nəzarət etməyi bacarır və qaydalara da bir hüquqşünas kimi əməl etməyi çox yaxşı bilir. Oğlumun taleyi ilə bağlı məsələni beynəlxalq təşkilatların nəzarətə götürməsini xahiş edirəm. Görünür Rüfət Səfərovu qapalı cəzaçəkmə müəsissəsinə göndərmyə hazırlıqlar aparılır. İnsaf və vicdan yaxşı bir əlamətdir, bu olmadıqda istənilən təqibi təsəvvürə gətirmək artıq mənim üçün aşkardır”, Sabiroğlu qeyd edir.

Rüfət Səfərov 9 saylı cəzaçəkmə müəssisəsindəs axlanılır. O bu il yanvarın 19-da da 7 sutkalığa cərimə kamerasına (karser) salınıb.

Keçmiş müstəntiq parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu ötən il Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Dekabrda isə R.Səfərov qanunçuluğu pozmasına və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından çıxdığını bildirib. Öz növbəsində prokurorluq bəyan edib ki, R.Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə işdən çıxarılıb.

2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O ev dustaqlığı dövründə də mövqeyindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.

Səfərov 2016-cı ilin sentyabrında 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilibvə məhkəmə zalında həbs edilib. Dekabrın 22-də Apellyasiya Məhkəməsi R.Səfərovun barəsində hökmü qüvvədə saxlayıb.

Vəkil Bəhruz Bayramov facebook səhifəsində Rüfət Səfərovun cərimə kameraslna sallınmasına etiraz olaraq onuin bu sözlərini yazıb:

“Bu dəmir qəfəs məni heç vaxt sıxa, sındıra bilməz. Çünki seçdiyim yol haqqın yoludur. Ona görə də özümü azad sanıram, həm də çox xoşbəxtəm ki, ruhum qarşısında borclu qalmadım, doğrunu söylədim. İztirablardan, əzablardan qorxmayaq həqiqətləri dedim. Həyatımın sonuna qədər də bu cür qalacağıma əminəm. Ruhum bu gün daha azad, daha xoşbəxtdir. İnsan üçün bundan böyük bəxtəvərlik ola bilməz…”, – Rüfrət Səfərova istinadən vəkil qeyd edib. (amerikanın səsi)

İnterpress.az