Birinci vitse-prezident Milli Məclisdə vida çıxışı edirbackend

Birinci vitse-prezident Milli Məclisdə vida çıxışı edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, parlamentin iclasında Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevada iştirak edir.

Parlamentin sədri Oqtay Əsədov birinci vitse-prezidenti təbrik edib:

“Bildiyiniz kimi Mehriban xanımın çoxşaxəli fəaliyyəti var və bunun biri də Milli Məclisdi. Mehriban xanım 12 ilə qədər parlamentdə fəaliyyət göstərib. Bir sıra qanun layihələrinin müəllifi olub. Dörd Amnistiya Aktının təşəbbüskarı olub, 10 minlərlə insanın azadlığa çıxması üçün öz töhvəsini verib. Eyni zamanda Mehriban xanım həm də Azərbaycan parlamentinin beynəlxalq əlaqələrinin möhkəmlənməsində iştirak edib. Mən əminəm ki, Mehriban xanım yeni dövlət vəzifəsinə də xalqın millət vəkili olacaq. Biz inanırıq ki, Mehriban xanımın bu çətin və şərəfli işində uğurlar arzulayaq”.

Birinci vitse-prezident Mehriban Əliyeva isə Milli Məclisdə vida çıxışı edib: “Hörmətli Oqtay müəllim, millət vəkilləri, Cənab Prezidentin 32 fevral tarixli sərəncamına əsasən yeni vəzifəyə təyin olunmuşam. Mən 10 ildən artıq parlament üzvü olmuşam. Bu 10 ildən artıq Milli Məclisin üzvü olmağım mənim üçün böyük şərəf olub”.

Hazırda Mehriban Əliyevanın çıxışı davam edir.

İnterpress.az