Evdən maşın qaçıran gənc ağır qəza törətdi –VİDEObackend

Evdən maşın qaçıran gənc ağır qəza törətdi –VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, ARB TV xəbər verir ki, Şirvan şəhər sakini, 28 yaşlı Zahid Eyvazov evdən qaçırdığı “Hundai” markalı avtomobillə Heydər Əliyev prospektində hərəkət edərkən nəqliyyat vasitəsi “Mersedes” markalı avtomobillə toqquşub.

Daha sonra digər “Mersedes” və “Vaz-2107”yə çırpılıb. Qəza zamanı avtomobillər ciddi zədələnərək yararsız hala düşüb. Nəticədə “Hyundai”in sürücüsü ilə “Mersedes”lərdən birinin sürücüsü, 46 yaşlı Vidadi Cəfərov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

Yaralılar Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırılıblar. Tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri ağır olaraq qalır.

İnterpress.az

https://youtube.com/watch?v=n0dFnue5868