Meyiti tapılan neftçi dəfn edilibbackend

Meyiti tapılan neftçi dəfn edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Report-a istinadən xəbər verir ki, Salyan şəhər sakini, 59 yaşlı Elçin Yaqub oğlu Həsənov bu gün torpağa tapşırılıb.

Dəfn mərasimində SOCAR rəsmiləri, Salyan Rayon İcra Hakimiyyətinin nümayəndələri və mərhumun qohumları iştirak ediblər.

Qeyd edək ki, ötən il dekabrın 15-də Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək N.Nərimanov adına NQÇİ-nin 3 saylı Neft-Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Nəticədə Neft-Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

İnterpress.az