Şəmkirdə ağır qəza – 62 yaşlı kişi maşının altında can verdibackend

Şəmkirdə ağır qəza – 62 yaşlı kişi maşının altında can verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ARB Kəpəz xəbər verir ki, ötən gün axşam saatlarında Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 399–cu kilometrliyində, Şəmkir şəhəri ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Kür qəsəbə sakini Məqsəd Alıməmmədov idarə etdiyi “VAZ 21114” markalı, 57 CA 123 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkdə olarkən yolu keçmək istəyən piyada, Bakı şəhər sakini 62 yaşlı Akif Mustafayeni vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Qəzanı törədən sürücü polis tərəfindən saxlanılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

İnterpress.az