BVF-dən Azərbaycan iqtisadiyyatı ilə bağlı AÇIQLAMAbackend

BVF-dən Azərbaycan iqtisadiyyatı ilə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi deyib.

Onun sözlərinə görə, cari ildə Azərbaycan iqtisadiyyatında vəziyyət ötən illə müqayisədə daha yaxşı olacaq.

Missiya rəhbəri ötən ilin çox çətin il olduğunu qeyd edib: \”Azərbaycan iqtisadiyyatı tədricən resessiyadan çıxdı, lakin ümumilikdə vəziyyət bir qədər çətin olaraq qalır. Düşünürəm ki, ölkə ÜDM-i ortamüddətli perspektivdə 2-3 faiz artmaqda davam edəcək\”.

Əl-Qorçi bildirib ki, Azərbaycan iqtisadiyyatındakı cüzi resessiya ilk növbədə neftin qiymətlərinin kəskin azalması ilə əlaqədardır:

\”Neftin qiymətlərinin kəskin azalmasından sonra digər ixracatçı ölkələr kimi, Azərbaycan da müəyyən çətinliklərlə üzləşdi. Neftin qiymətləri çox aşağı düşdü və təbii ki, iqtisadiyyata, xüsusən də 2015-2016-cı illərdə təsir etdi. Bunun nəticəsi kimi biz 2016-cı ildə Azərbaycan iqtisadiyyatının cüzi azaldığını müşahidə etdik\”. (trend)

İnterpress.az