Bakı-Sumqayıt yolunda faciəvi yol qəzası – 4 tələbə ölüb, 21 nəfər xəsarət alıb – VİDEObackend

Bakı-Sumqayıt yolunda faciəvi yol qəzası – 4 tələbə ölüb, 21 nəfər xəsarət alıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfərin öldüyü, 5 nəfərin xəsarət aldığı bildirilir.

APA-nın xəbərinə görə, ilkin məlumata əsasən, ölənlərin hər ikisi tələbədir. Bildirilir ki, mikroavtobus yolun kənarında dayanmış yük avtomobilinə çırpılıb.

***

APA-nın məlumatına görə, “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.

İkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub.

Yolda avtomobillərin sıxlığı yaranıb.

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəza Bakı-Sumqayıt yolunda baş verib. Məlumata görə, Bakıdan Sumqayıta gedən mikroavtobusun sürücüsü yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus maneəyə çırpılıb. Hadisə yerində yol polisi işləyir.

İdarədən qəza nəticəsində xəsarət alanların olduğu bildirilib.

İnterpress.az