Oğurluğa görə həbs edilən qadın körpəsini həbsxanada doğdubackend

Oğurluğa görə həbs edilən qadın körpəsini həbsxanada doğdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmədə məlum olub ki, X.Bəkirova Bakı İstintaq Təcridxanasında bir neçə gün əvvəl uşaq dünyaya gətirib. Uşağı da məhkəmə prosesinə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları gətirib.

Qeyd edək ki, hər iki qadın ötən il Bakıda yaşayış mənzillərindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinərkən Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 16-cı Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən saxlanılıb. Bildirilib ki, Nərimanov rayon ərazisində bir mənzildən 12 min manat dəyərində qızıl zinət əşyaları oğurlayıblar.

İnterpress.az