Aralıq dənizi pəhrizi süd vəzisi xərçənginin qarşısını alırbackend

Aralıq dənizi pəhrizi süd vəzisi xərçənginin qarşısını alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mütəxəssislər ət və şirniyyat yeməyi minimuma endirən bu cür qida rasionunun qadınlarda HER2-neqativ süd vəzisi xərçənginin yaranma ehtimalını xeyli azaltmasını müəyyənləşdiriblər. Xərçəngin bu növü çox vaxt ölümlə nəticələnir.
Ekspertlər tədqiqat zamanı 20 yaşdan yuxarı 62 min qadını müşahidə ediblər və bu nəticəyə gəliblər ki, Aralıq dənizi pəhrizini saxlamaq zərif cinsin nümayəndələrini süd vəzisi xərçəngindən qoruyub. Tibb işçilərinin fikrincə, süd vəzisi xərçəngi o qədər yayılıb ki, onun profilaktikasını xəstəliyin azaldılmasında mühüm amil hesab etmək olar. Profilaktikada isə düzgün qidalanma vacib şərtdir.
Aralıq dənizi pəhrizinə çoxlu meyvə-tərəvəz, yarma məhsulları, paxla, ləpə və zeytun yağı kimi faydalı monodoymamış yağlar daxildir. Bu zaman rafinadlaşdırılmış qənd və doymuş yağlardan istifadə etmək minimuma endirilir.

Aralıq dənizi pəhrizi süd vəzisi xərçənginin qarşısını alır

İnterpress.az