İki həftəyə xoşbəxt edir – Meyvə və tərəvəzbackend

İki həftəyə xoşbəxt edir – Meyvə və tərəvəz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki: Tədqiqatçılar 18 və 25 yaş arası 170 oğlan və qızların iştirak etdiyi iki həftəlik təcrübə aparıb. Bütün iştirakçılar təsadüfi üç qrupa ayırıblar. Birinci qrup gənclər həmişə olduğu kimi qidalanıb, ikinci qrupa stimul verərək daha çox tərəvəz və meyvə yemək üçün təkan verilib, üçüncü qrupun hər bir üzvünə isə gündəlik yerkökü, kivi, alma və portağal normasını iki dəfə artıraraq verilib.

İki həftə sonra təkmilləşdirilmiş psixoloji test üçüncü qrup iştirakçıları arasında əhəmiyyətli dərəcədə əhvallarının dəyişməsi və öz həyatlarının məmnuniyyət dərəcəsi artması göstərdi ki, onlar dirilik enerjisi aldığlarını və \”Dünyanı dəyişmək\” arzusu ilə yaşadığları məlum olub. Sadəcə daha çox təzə meyvə və tərəvəz yeməyə ehtiyac olduğunu xatırlatdıqları qrup üçün isə belə bir təsirli hal müşahidə olunmayıb. Məlum olub ki, bu qrupdan olan gənclər çiy ərzaqlara, meyvə-tərəvəzlərə yox, suda bişirilmiş tərəvəz yeməyə üstünlük verənlər olub.

\”Bu fakt çox sevindirici haldır ki, cəmi iki həftə ərzində təzə meyvə və tərəvəzlə qidalanmaq insanı xoşbəxt edə bilər\” -deyə tədqiqatın aparıcı müəllifi Tamlin Konner bildirib. O və onun həmkarları işlərini davam etdirərək pəhriz saxladıqda bitki mənşəli qidalarla zəngin qidaların depressiyalı xəstələrə necə yaxşı təsir etdiyinin sirlərini tapmaq üçün araşdırmalara davam edəcəklərini planlaşdırırdığını bildirib.

Əvvəllər buna bənzər nəticələri Uorik Universitetinin elm adamlarının da əldə etdikləri bilidirilir.

İki həftəyə xoşbəxt edir - Meyvə və tərəvəz

İki həftəyə xoşbəxt edir - Meyvə və tərəvəz

İnterpress.az