Azərbaycanda məktəbdə qızı zorlayıb, videosunu çəkdilərbackend

Azərbaycanda məktəbdə qızı zorlayıb, videosunu çəkdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Meydan TV-nin yaydığı məlumata görə, A.Z.-nın təhdid edildiyi videogörüntülər də var.

Görüntüdə qız istəmədiyi cinsi münasibətə məcbur edilir. Görüntünün sinif otağında çəkildiyi aşkardır. Otaqda partalar, divarda lövhələr var. Hətta bəzi adlar da səslənir. Qız \”xahiş edirəm silin, nə olar, silin”, – deyə yalvarır: \”Başınıza dönüm, silin, etməyin”, – deyir.

Sayta məlumatı verən mənbə yerli polis bölməsinin vəziyyətdən xəbərdar olduğunu söyləyir: \”Olayla bağlı rayon polis şöbəsində cinayət işi açılıb. Bir nəfər həbs edilib, digəri azadlıqdadır”.

Əlavə edir ki, qızı zorlayan və hadisəni lentə alan iki nəfərin ailəsi imkanlı olduqlarından işi ört-basdır etməyə çalışırlar:

\”Qızgilin ailəsi çox kasıbdır. Digər ailələr isə imkanlıdır. Hətta birinin atası rayonda vəzifədədir. Eşitdiyimə görə, polisə yüksək miqdarda pul təklif ediblər. İşi bağlamaq istəyirlər”.

A.Z.-nın ailəsi belə bir olayın olduğunu təsdiqləyib. Sadəcə, bu barədə danışmaq istəmirlər:

\”Danışmaq çox çətindir. Hazırda ailə kənddən çıxıb, şəhərə gediblər. Məsələ çox böyüsə, onları hazırda qaldıqları yerdən də çıxaracaqlar. Olay elə asanlıqla üstü örtüləcək bir şey deyil. Günahkarlar cəzalarını çəkəcəklər. Sadəcə siz çox getməyin üstünə, şişməsin, böyüməsin. Xahiş edirəm, çox qurdalamayın”.

Ailəni yaxından tanıyan rayon sakinləri isə onların heç yerə köçmədiklərini, evlərində olduqlarını söyləyiblər:

\”Bir xeyli adam xəbərdardı olaydan. Onlar heç yerə köçməyiblər. Deyilənə görə, ana və atası qızdan imtina edib. Qız məktəbin 11-ci sinfində oxuyurdu. Məktəbə getmir daha. Oğlanlar isə şagird deyil, məktəbi bitiriblər. Onlardan birini həbs ediblər, digəri isə qaçıb. Hazırda polis tərəfindən axtarışdadır”.

Beyləqan rayon təhsil şöbəsinin müdiri Xuraman Rüstəmova uzun müddətdir həmin məktəbin direktorunun olmadığını deyib. Onun sözlərinə görə, direktor təqaüd yaşına çatdığı üçün işdən çıxıb. Məktəbi dərs hissə müdiri idarə edir:

\”Bu olaydan sonra o da işdən çıxarıldı. Şagirdlərin hər ikisi (qız və oğlan) məktəbdən qovulub. Sinif rəhbəri vəzifəsindən kənarlaşdırılıb, töhmət alıb. Qız 11-ci sinif şagirdi olub. Heç bir zorlama hadisəsindən söz gedə bilməz. Bir oğlanla, bir qız sinifdə mehriban şəkildə qucaqlaşıb oturublar. Burada artıq-əskik nəsə yoxdur”.

Xuraman Rüstəmova səmimi qucaqlaşmaya görə şagirdlərin niyə məktəbdən qovulmasına aydınlıq gətirməyib.

Təhsil şöbəsinin müdiri deyir ki, videonu görməyib, sadəcə bu barədə məlumat alıb. Verilən məlumatda isə artıq-əskik heç nə olmayıb: \”Araşdırma apardıq. İşdən azad olunanlardan savayı, uşaq birliyinə, psixoloqa şiddətli töhmət vermişik. Biz orada 3 gün olduq. Nə lazımdır etmişik. Video necə yayılıb bilmirəm, biz görməmişik. Təkcə onu bilirəm ki, orada bir qız və bir oğlandan başqa kimsə olmayıb. Videonu görmüsünüzsə, siz məndən yaxşı bilirsiniz. Bizə üstüörtülü çatdırılıb. Bu hadisəni pisləyirik və nə lazımdır cəza tədbiri görmüşük”.

Təhsil Nazirliyindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Beyləqan Rayon Polis Şöbəsindən \”məlumat almaq istəyirinizsə, idarəyə yaxınlaşın”, – deyiblər: – \”Sizə başqa cür informasiya verə bilmərik. Yalnız idarəyə gəlməlisiniz”.

Daha sonrakı zəngdə isə növbətçi hissədən bildiriblər ki, həmin məktəbdə zorlama hadisəsi olmayıb, polisdə belə bir məlumat yoxdur:

\”Nə bizə belə bir məlumat daxil olub, nə də zorlama hadisəsi var. Oxşar bir hadisə olub. Onunla bağlı da bir nəfəri tutmuşuq, içəridədir. İçəridəki şəxslə bağlı isə məlumat verə bilmərəm. Gəlin, şöbənin rəhbərliyi ilə danışın. Daha ətraflı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayın. Mən sadəcə növbətçiyəm, mətbuat xidməti deyiləm. Şöbənin rəhbərliyi, rəisi, müavini var. Nə lazımdırsa, gəlin, onlardan soruşun”.

Daha sonra növbətçi polis məktəblə bağlı bir hadisə olduğunu, həmin işin hazırda məhkəməyə getdiyini söyləyib:

\”O iş polisdə deyil artıq. Ümumilikdə isə mən ərizə qəbul edirəm, şikayətlərə baxıram, bizə zorlama ilə bağlı məlumat daxil olmayıb”.

İnterpress.az