Daxili orqanından narkotik çıxdıbackend

Daxili orqanından narkotik çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən İnterpress.az-a verilən məlumata görə, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, \”Qoşa Təpə\” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Şəxsi yoxlama zamanı vətəndaşın daxili orqanında 3 ədəd bükümdə xalis çəkisi 300,988 qram olan narkotik vasitə – tiryək aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

İnterpress.az